`Qazaxıstana yardıma hazırıq` - Kadırov


04:29     19 İyul 2016 1468870815.jpg

Terrorizmlə mübarizədə Qazaxıstan hökumətinə istənilən köməyi göstərməyə hazırıq.


Femida.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Almatı şəhərində baş verən hadisəyə görə olduqca üzgünük. Biz terrorçulara qarşı mübarizədə Qazaxıstana yardım etməyə hazırıq”, - Kadırov bildirib.

Qeyd edək ki, bu gün Almatıda polis bölməsi və Milli Təhlükəsizlik Komitəsinin yerli şöbəsi basqına məruz qalıb. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Hələlik, təqsirkar şəxslərin böyük bir qismi yaxalanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 980


Oxşar xəbərlər